EN

"Lənkəran"dan erkən vida!

Kişi basketbolçular arasında Azərbaycan kubokuna start verilib.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk günündə 2 matç baş tutub.

Kubok mövsümü Lənkəranda başlayıb. Eyniadlı komanda NTD ilə görüşüb. Azərbaycan çempionatının autsayderi kubokda da uduzaraq, yarışla erkən vidalaşıb.

İlk oyun günü Abşeronda başa çatıb. “Quba” eyniadlı komandanın qonağı olub. Oyunun qalibi iki overtaymdan sonra müəyyənləşib. Meydan sahibləri 96:94 hesabı ilə qalib gəliblər.

Bu nəticələrdən sonra ilk 1/4 final cütləri bəlli olub. NTD "Şəki" ilə, "Abşeron" "Naxçıvan"la qarşılaşacaq.

1/8 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq.

"Lənkəran” - NTD - 73:87 (11:24, 21:20; 23:20, 18:23)
Lənkəran OİK

“Abşeron” - “Quba” - 96:94 (21:16, 26:21, 15:23, 9:11, 13:13, 12:10) 2 OT
Abşeron OİK

Chosen
11
sportinfo.az

1Sources