EN

Latın Amerikası liderləri Trampın deportasiya siyasəti ilə bağlı fövqəladə sammit keçirəcək

Latın Amerikası prezidentləri yanvarın 30-da ABŞ Prezidenti Donald Trampın kütləvi deportasiya siyasəti ilə bağlı fövqəladə sammitdə görüşəcəklər.

BEY.AZ xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunur ki, sammit Kolumbiya lideri Qustavo Petronun xahişi ilə Latın Amerikası və Karib hövzəsi Dövlətləri Birliyinə rəhbərlik edən Honduras Prezidenti Xiomara Kastro tərəfindən çağırılıb. O, X sosial şəbəkəsində yazıb ki, görüşdə miqrasiya, regional birlik və ekologiya müzakirə olunacaq.

Turan İSMAYIL

Chosen
22
Bey.az

1Sources