EN

Hindistanda festivalda baş vermiş izdihamda azı 15 nəfər ölüb

Hindistanın şimalındakı Uttar Pradeş ştatının Prayaqrac şəhərində Qanq və Yamuna çaylarının qovuşduğu yerdə keçirilən ən böyük hind festivalı olan Kumbh Melada izdihamda azı 15 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə AFP agentliyi Hindistanın tibb xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, onlarla festival ziyarətçisi də yaralanıb və xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hindistanın “Hindustan Times” qəzeti də izdihamla bağlı xəbərlərdən sonra baş nazir Narendra Modinin Uttar Pradeş ştatının baş naziri Yogi Adityanath ilə telefon danışığı apardığını bildirib.

Qeyd edək ki, Hindistanın şimalında hər 12 ildə bir dəfə Kumbh Mela festivalı keçirilir. Yanvarın 13-də başlayandan bəri artıq 110 milyondan çox zəvvar Qanq çayında çimərək festivalda iştirak edib.

Cəmi 45 gün ərzində festivalın 1,5 milyonu əcnəbi olmaqla, 450 milyon insanın iştirak edəcəyi gözlənilir. İştirakçıların sayı süni intellekt texnologiyaları vasitəsilə hesablanır.

Chosen
13
apa.az

1Sources