EN

Abxaziya Rusiyadan kömək istədi

Tanınmamış Abxaziya hökuməti Rusiyadan "respublika başçısı" postuna keçiriləcək seçkilərdə rusiyapərəst namizədi dəstəkləməyi xahiş edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanbanın Rusiya prezidenti Vladimir Putinə açıq məktubunda deyib.

“Sizdən Abxaziya ilə Rusiya arasında uzunmüddətli dostluq əlaqələrinə mənfi təsir göstərə biləcək proseslərin qarşısının alınması üçün hərtərəfli yardım göstərməyinizi xahiş edirəm”, - Bqanba yazır.

Abxaz baş naziri məktubunda onu da qeyd edib ki, hazırda respublikada siyasi böhran mövcuddur və Rusiya bunu sadiq abxaz siyasətçilərinə dəstək verməklə həll edə bilər.
Chosen
5
1
sherg.az

2Sources