EN

Qəzaya uğrayan "F-35" qırıcısı PARTLADI

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı Alyaskadakı aviabazada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə "Alaska News Source" Amerika ordusuna istinadla məlumat yayıb.

Hadisə 354-cü Hava Qüvvələri Qanadının yerləşdiyi Eyelson Hərbi Hava Qüvvələri bazasında baş verib. Qırıcı təlim uçuşunu başa vurub və yerə enmək ərəfəsində naməlum "nasazlıq" ilə qarşılaşıb. Pilot təcili olaraq havaya qalxmalı oolub. Təyyarə aerodromun uçuş-enmə zolağının yaxınlığında qəzaya uğrayıb və sonra partlayıb.

Pilot paraşütlə sağ-salamat yerə enib. O, hazırda xəstəxanada tibbi müayinədən keçirilir. Onun həyatı üçün təhlükə yoxdur.

Chosen
12
2
publika.az

7Sources