EN

Trampdan "TikTok"la bağlı yeni qərar

ABŞ-ın "Perplexity AI" şirkəti "TikTok"u idarə etmək məqsədilə yeni bir holdinq qurmağı təklif edib.

Milli.Az xəbər verir ki, bu yeni holdinqin adı "NewCo" olacaq və gələcəkdə "TikTok"la birləşə bilər.

Təklif "ByteDance" şirkəti və potensial investorlar üçün təqdim edilib. Əgər belə bir razılaşma baş tutarsa, ABŞ hökuməti sosial şəbəkənin səhmlərinin 50%-inə sahib ola biləcək. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin qərarı ilə 2025-ci ilin yanvarın 19-dan "TikTok" ölkə ərazisində qadağan edilib. Lakin yanvarın 21-də yeni prezident Donald Tramp "TikTok" ilə bağlı sərəncam imzalayaraq sosial şəbəkəyə tətbiq edilən qadağanı 75 gün müddətinə təxirə salıb.

Milli.Az

Chosen
6
50
milli.az

10Sources