EN

"Anji" böyük futbola qayıtdı

Rusiyanın "Anji" klubu peşəkar futbola qayıtdığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat komandanın rəsmi teleqram kanalında dərc olunub. Açıqlamada böyük idmana qayıdışın yeni sponsor və sərmayəçilərin cəlb olunmasına qapılar açacağı, nəticədə maliyyə bazasının möhkəmlənəcəyi vurğulanıb. Habelə, azarkeşlərin inamını bərpa etməyin vacibliyi də qeyd olunub.

Xatırladaq ki, "Anji" peşəkar klub statusunu 2022-ci ildə itirib. Səbəb kimi oyunçular və işçilər qarşısında maliyyə öhdəliyinin yerinə yetirilməməsi göstərilib. Nəticədə klub lisenziyadan məhrum olub. Üstündən 3 il keçəndən sonra Mahaçqala komandası Rusiyanın III divizionunda oynayacağını bildirib.

"Anji" 1991-ci ildə təsis olunub. 2011-ci ilin yanvarında klubu himayəyə götürən iş adamı Süleyman Kərimov dünya ulduzlarını heyətə cəlb edib və baş məşqçi postuna Qus Hiddinki gətirib. Mahaçqala komandası 2012/2013 mövsümündə Rusiya Premyer Liqasının bürünc medalını qazanıb, həmin mövsüm və sonrakı il UEFA Avropa Liqasında 1/8 finala yüksəlib.


Müəllif: Teleqraf.com
Chosen
8
teleqraf.com

1Sources