Yeniyetmələrdən ibarət oğlan və qızlardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, 25 iyul - 3 avqustda Rumıniyanın Piteşti şəhərində 18 yaşlı oğlanlar arasında baş tutacaq qitə birinciliyinin B divizionunda millimiz B qrupunda mübarizə aparacaq.
Komandamızın rəqibləri Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya yığmaları olacaq.
İyulun 4-13-də qızlardan ibarət U-18 millimiz Litvanın Alitus və Vilnüs şəhərlərində B divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə üz-üzə gələcək.
İyulun 5-13-də Albaniyanın paytaxtı Tiranada 16 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı C divizionunda yığmamız B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq yığmalarının rəqibi olacaq.
Avqustun 20-29-da isə qızlardan ibarət U-16 millimiz Türkiyənin İstanbul şəhərində baş tutacaq Avropa çempionatının B divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq seçmələri ilə qarşılaşacaq.
İdman.biz