EN

Klub prezidenti sosial şəbəkədə video paylaşdı, Neymarın transferini açıqladı

“Santos”un prezidenti Marselo Teyşeyra Neymarın transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkələrində video paylaşıb.

Həmin paylaşımda braziliyalı hücumçunun gənc yaşlarında klubdakı çıxışı, ilk imzaladığı müqavilə və böyüdükdən sonra komandaya qayıdışı göstərilib.

Bildirilir ki, onunla 6 aylıq müqavilə imzalanacaq.

Neymar “Santos”un yetirməsidir. O, daha öncə “Əl-Hilal”la yollarını ayırıb.

Chosen
8
50
sportinfo.az

10Sources