EN

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı SGC Məşvərət Şurasının iclasında iştirak edəcək

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen apreldə Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə “Report”a Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi məlumat verib.

Komissar Yorgensen 2025-ci il aprelin 4-də keçirilməsi planlaşdırılan Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edəcək.

Xatırladaq ki, SGC Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı 2024-cü il martın 1-də Bakıda keçirilib.

SGC Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən etibarən, hər il fevral ayında keçirilir, lakin ötən il ilk dəfə bu görüş mart ayında baş tutdu.

Chosen
2
14
report.az

7Sources