Hindistanın Prayaqrac şəhərində Kumbha-Mela dini festivalında faciə baş verib. Belə ki, basabas nəticəsində ən azı 15 nəfər həlak olub, xeyli adam xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, basabas zamanı bir neçə qadın boğulub.
Bu, Uttar-Pradeş ştatında son günlərdə baş verən ikinci hadisədir. Yanvarın 28-də dini bayram zamanı müvəqqəti bambuk səhnənin çökməsi nəticəsində altı nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Platforma yüzlərlə dindarın ağırlığına tab gətirməyərək çöküb, bu isə panika və basabasa səbəb olub.