EN

Afrika ölkələri 2030-cu ildə 300 milyon insanı elektrik enerjisi ilə təmin etməyi planlaşdırır

Bazar ertəsi bir neçə Afrika ölkəsi elektrik enerjisi sektorunda islahatlar aparmaq öhdəliyi götürüb. Bununla onlar sərmayə cəlb etməyə və hazırda elektrik enerjisindən məhrum olmuş 300 milyon insanın evlərinə növbəti altı ildə işıq verməyə çalışacaqlar.

Fins.az xəbər verir ki, bu haqda qərar Tanzaniyanın Dar-əs-Salam şəhərində keçirilən Afrika ölkələri rəhbərlərinin enerji sammitində qəbul olunub.

Dünyada elektrik enerjisinə çıxışı olmayan daha çox insan Afrika qitəsində yaşayır. “Reuters” yazır ki, Afrika ölkələri Dünya bankı və Afrika İnkişaf Bankı tərəfindən apreldə başladılan “Missiya 300” planı çərçivəsində evləri elektrik xəttinə qoşmağa səy göstərir. Kampaniyanın məqsədi çoxşaxəli inkişaf bankları, inkişaf agentlikləri, maliyyə institutları, özəl müəssisələr və xeyriyyə təşkilatları tərəfindən azı 90 milyard dollar həcmində kapital (maliyyə vəsaiti) cəlb etməkdir.

Chosen
8
3
fins.az

10Sources