EN

Tramp ABŞ-da işçiləri təhdid etdi

ABŞ prezidenti Donald Tramp bütün federal işçilərə yeddi aylıq əməkhaqqı dəyərində işdən çıxma müavinəti təklif edən elektron məktub göndərib.

Publika.az xəbər verir ki, ABŞ-da federal hökumətin insan resursları agentliyi olan Personal İdarəetmə Ofisi (OPM) mövzu ilə bağlı bütün işçilərə e-poçt göndərib.

Məktubda fevralın 6-na kimi könüllü olaraq vəzifəsini tərk edən bütün federal işçilərə yeddi aylıq əməkhaqqı məbləğində işdən çıxma müavinətinin veriləcəyi bildirilib.

Məktubda həmçinin Covid-19-dan bəri uzaqdan işləyən federal işçilərin böyük əksəriyyətinin həftənin beş günü fiziki olaraq ofislərinə qayıtmasının tələb olunduğu qeyd edilib.

Chosen
2
publika.az

1Sources