EN

ABŞ-də epidemiya: Ölənlər var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Kanzas şəhərində vərəmə (tuperkulyoz) yoluxma hallarının əhəmiyyətli dərəcədə artması qeydə alınıb və bu, bir neçə nəfərin həyatına son qoyub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN telekanalı yerli səhiyyə departamentinin məlumatlarına istinadən məlumat verib.
Məlumata görə, Kanzasda baş verən epidemiya bir çox xəstəliyə və ən azı iki ölüm halına səbəb olub.
Kanzas ştatının Səhiyyə və Ətraf Mühit Departamentinin nümayəndəsi Cill Brono epidemiya ilə əlaqəli ilk vərəm hallarının 2024-cü ilin yanvarında qeydə alındığını təsdiqləyib.
Artıq azı 67 nəfər vərəmin aktiv formasından müalicə kursu keçib, həmçinin 79 nəfərin gizli vərəm daşıyıcısı olduğu müəyyən edilib. Brono qeyd edib ki, epidemiya davam edir və yeni halların ortaya çıxma ehtimalı artır.
Yerli hakimiyyət orqanları hələlik epidemiyanın yaranma səbəblərini açıqlamayıb.
Chosen
7
50
oxu.az

10Sources