EN

Rusiya ABŞ-ın burnunun ucundan nəhəng xammal yatağı ələ keçirib

Rusiya ABŞ-ın burnunun ucundan nəhəng strateji xammal yatağı oğurlayıb.

Hurriyyet.az bildirir ki, Bu məlumatı ispan jurnalistlər paylaşıblar.

Qeyd olunur ki, Boliviyanın ucsuz-bucaqsız duz bataqlıqlarında yer üzündə ən böyük litium ehtiyatları var. Bu, qlobal sənayedə son dərəcə tələb olunan olduqca nadir metaldır. O, müxtəlif akkumulyatorların, o cümlədən elektromobillərdə quraşdırılan akkumulyatorların istehsalında, eləcə də bir çox başqa sahələrdə istifadə olunur. İspaniyalı jurnalistlərin qeyd edir ki, ABŞ həqiqətən də Boliviya resurslarına çıxış əldə etmək istəyib, lakin Rusiya və Çin gözlənilmədən vəziyyətə müdaxilə edərək nəzarəti öz əllərinəalıblar.

Bu barədə ECONews (EN) də məlumat yayıb.

ECONews-un müşahidəçiləri Boliviyadakı Uyuni duz düzənliklərində mühafizəkar hesablamalara görə, təxminən 23 milyon ton litium ehtiva etdiyini bildiriblər. Bu ehtiyatlar Vaşinqtonla Moskva arasında rəqabət predmetinə çevrilib.

Birləşmiş Ştatlar çoxdan Boliviya litium yataqlarını milli təhlükəsizliyinin bir hissəsi hesab edir. Bu fonda Amerika nümayəndələri Rusiya və Çinin rəqabətini əsas gətirərək, müntəzəm olaraq ərazidə metal istehsalına nəzarət etməyə çağırırlar. Sonda bu qorxular özünü doğrultdu. Bir müddət əvvəl Boliviya hakimiyyəti ABŞ-ın litium müqaviləsini rədd edib, Moskva və Pekinlə əməkdaşlığa başlayıb. 

"Boliviya ABŞ-ın təşəbbüsünü rədd etdi və onun suverenliyinə hörmət edən ölkələrlə əməkdaşlığa üstünlük verdi", - ECONews-un müşahidəçiləri qeyd edir.

Nəticədə, 2023-cü ildə Boliviya Çin və Rusiya şirkətləri ilə litium yataqlarının birgə işlənməsi üçün müqavilələr bağlayıb. Müqavilələrə Uyuni və Koipasda hər birinin gücü ildə 25 min ton olan zavodların tikintisi daxildir. Rusiyanın Uranium One Group şirkəti artıq bu ölkədə öz pilot layihələrini həyata keçirməyə başlayıb.

Bizimxeber.az

Chosen
4
21
hurriyyet.az

10Sources