Ötən gün Lənkərandakı ağır yol qəzasında xəsarət alanlardan 1 nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində davam etdirilir.
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, 1 azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.