EN

İtaliya Qəzzaya 100 tondan çox humanitar yardım göndərib

Roma, 29 yanvar, AZƏRTAC

İtaliya Qəzza zolağına 100 tondan çox humanitar yardım göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Nazirlər Şurasının məlumatında deyilir.

“İtaliya regional və beynəlxalq tərəfdaşları ilə birlikdə Yaxın Şərq regionunu sabitləşdirmək və onun əhalisini dəstəkləməklə bağlı öhdəliyini davam etdirir. İtaliya və İordaniya Silahlı Qüvvələrinin helikopterlərinin keçirdiyi birgə hava əməliyyatı nəticəsində Qəzza zolağına humanitar yardımlar göndərilib. “Qəzza üçün ərzaq” təşəbbüsü çərçivəsində bölgə əhalisinə 100 tondan çox ərzaq və sağlamlıq məhsulları çatdırılıb. Yaxın bir neçə gün ərzində Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə 15 yük maşını ilə daha 15 ton yardım Qəzzaya çatacaq. Bundan başqa, Misirdə İtaliya Silahlı Qüvvələrinin “Vulcano” adlı gəmisində italiyalı həkimlər tərəfindən Qəzzadakı mülki insanlarla bağlı səhiyyə fəaliyyətləri həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
5
18
azertag.az

10Sources