7NEWS.az xəbər verir ki, Böyük Britaniyada keçirilən narkotik əməliyyatı beynəlxalq narkotik ticarəti şəbəkəsinin liderlərindən biri olan Luis Manuel Pikado Qrixalbanın tutulması ilə nəticələnib. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) tərəfindən axtarılan Şok ləqəbli 43 yaşlı Qrijalba həyat yoldaşının sosial şəbəkədə paylaşdığı tətil fotolarını izləyən səlahiyyətlilər sayəsində Londonda yaxalanıb.