Son günlər 400 minə yaxın fələstinli Qəzzanın şimalına qayıdıb.
Gundem.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) öz hesabatında bildirib.
"Yanvarın 27-də sahil yolu və “Səlahəddin” yolunun açılışından bəri cənubdan şimala 375 mindən çox insan keçib", - departament qeyd edib.