EN

Neft Fondu dövlət büdcəsinə 156 milyard manat köçürüb

Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə ümumilkdə 155 milyard 931,9 milyon manat həcmində vəsait köçürüb.

Demokrat.az xəbər verir ki, bu barədə Neft Fondundan məlumat verilib.

Məlumatda bildirilir ki, ARDNF-nin aktivləri 2024-cü ildə 3 milyard 961,7 milyon dollar artaraq 60 milyard 31,4 milyon dollara çatıb.

Bildirilir ki, aktivlərin 39 milyard 937,9 milyon dolları (66,5%-i) ABŞ dolları ilə saxlanılır. ABŞ dolları ilə saxlanılan vəsaitlərin 12 milyard 354,6 milyon dollarlıq hissəsi (20,6%-i) qızıla investisiya edilib.

Chosen
3
demokrat.az

1Sources