EN

Uzaq Şərqi şiddətli qar fırtınası vurdu: Qırmızı təhlükə səviyyəsi elan edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uzaq Şərqdə ikinci gündür şiddətli qar fırtınası davam edir.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Saxalinin kəndlərindən birində güclü qar səbəbindən fərdi evlərin sakinləri çölə çıxmaqda çətinlik çəkirlər.
Yerli hakimiyyət məktəbliləri distant təhsilə keçirib. Əlverişsiz hava şəraiti ilə əlaqədar Yujno-Saxalinsk hava limanında onlarla reysdə gecikmələr yaşanıb.
Sokol kəndindən bir qədər aralıda şəhərətrafı elektrik qatarı qar uçqunu altında qalıb. Sərnişinləri daşımaq üçün avtobus gəlib.
Sinoptiklərin proqnozuna görə, pis hava şəraiti yalnız yanvarın 30-dan sonra sakitləşəcək.
Kamçatkanın cənubunda proqnozlaşdırılan və küləyin sürətinin 50 m/s-ə çata biləcəyi qasırğa ilə əlaqədar hava təhlükəsinin ən yüksək səviyyəsi - qırmızı səviyyə elan edilib.
Qırmızı səviyyə meteoroloji xəbərdarlığının rəng şkalasında ən yüksək hesab edilir və proqnoz xəritələrində çox təhlükəli havanı simvollaşdırır, hansı ki, bu zaman böyük dağıntılar və fəlakətlər ola bilər.
Chosen
8
50
oxu.az

10Sources