Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269 ünvanında yerləşən 28 saylı seçki məntəqəsindən çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, təcili tibbi yardım briqadası 67 yaşlı qadına arterial təzyiqin qalxması diaqnozu ilə yerində yardım göstərib.
www.anews.az