Braziliyanın Parana şəhərində dəhşətli hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 3 yaşlı qız paltaryuyan maşında qalaraq həyatını itirib.
Məlum olub ki, hadisə qızın ögey anası tərəfindən törədilib. Belə ki, qadın azyaşlı qızı paltaryuyan maşının içinə girməsinə sövq edib. Bunun üçün o, maşının qarşısına su ilə doldurulmuş plastik hovuz qoyub, qadın uşağın diqqətini çəkmək üçün oyuncaqlarını da maşının ətrafına düzüb və 3 yaşlı qızı addım-addım tələyə salıb.
Nəticədə qız maşının içərisinə daxil olub."Təsadüfən də paltaryuyan maşın işə düşüb".
Parana Prokurorluğun verdiyi məlumata görə, qadın hazırda həbsdədir.