Federal hüquq-mühafizə orqanları ABŞ-ın üç şəhərində həftəlik genişmiqyaslı tədbirlər çərçivəsində mühacirləri həbs edir. Növbəti əməliyyat Kolorado ştatının Aurora şəhərində reallaşacaq.AFN.az xəbər verir ki, bu barədə "NBC News" əməliyyat planları ilə tanış olan mənbələrə istinadən xəbər verib.Bu həftə İmmiqrasiya və Gömrük Mühafizəsi agentləri digər federal hüquq-mühafizə orqanları ilə birlikdə səylərini bazar günü başlayan əməliyyatda Çikaqoda və çərşənbə axşamı həbslərin başladığı Nyu Yorkda həbslərə yönəldiblər.Mənbələr bildiriblər ki, bu səylər əməliyyatın cümə axşamı səhər başlayacağı Aurora üzərində cəmlənəcək. Denverdən təxminən 40 dəqiqəlik məsafədə yerləşən Aurora ABŞ prezidenti Donald Trampın kampaniyasının diqqət mərkəzində olub, o, Venesuela bandalarının fəaliyyəti ilə bağlı məlumatlara istinad edərək şəhəri "Venesuellaya yoluxmuş" elan edib.Şəhər rəsmiləri Trampın ritorikasına cavab verib, polis rəisi Todd Çemberlen "NBC News"a deyib ki, Aurora çox təhlükəsizdir.Trampın kütləvi deportasiya vədlərini yerinə yetirmək planları ilə tanış olan mənbələr bildiriblər ki, ABŞ-ın bütün ölkə üzrə yerli İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ofislərinə daha çox miqrant götürmək üçün müntəzəm əməliyyatları gücləndirmək əmri verilib. Onlar bildiriblər ki, bu əməliyyatlara başqa qurumların federal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb oluna bilər.Bundan əlavə, federal agentlər daha geniş miqyaslı əməliyyatlar aparmaq üçün həftədə üç şəhərə uçacaqlar.