İçərisində 21 nəfərin olduğu təyyarə Cənubi Sudandakı Unity neft yatağından qalxarkən qəzaya uğrayıb.
BMT-nin Cənubi Sudandakı missiyasına bağlı Radio Miraya radiostansiyasının X sosial şəbəkəsində verdiyi məlumata görə, qəza nəticəsində 18 nəfər, o cümlədən pilot və ikinci pilot həlak olub.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcısının Amerikanın Alyaska ştatında qəzaya uğradığı bildirilirdi.
DOÄžRU.AZ