EN

Mal və quzu əti yenidən bahalaşıb - Video 

Son zamanlar mal və quzu ətinin qiymətində artım müşahidə edildiyi barədə məlumatlar yayılıb...

Poliqon Real TV-yə istinadən məlumat verir ki, paytaxt bazarlarındakı qiymətlər demək olar ki, eynidir.

Dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında isə qiymət fərqi var.

Satıcılar bildiriblər ki, ötən aylara nisbətən ətin qiymətində cüzi dəyişiklik olub. Buna səbəb olaraq satıcılar heyvan qıtlığını və yemin daşınma xərclərinin baha olmasını göstərirlər.

Statistikaya görə isə son 10 ildə iribuynuzluların sayı 5 % azalıb. Bunun da qiymətlərin artmasına səbəb olduğu deyilir.

Poliqon.info 

Chosen
5
15
poliqon.info

10Sources