EN

Ermənilər Avropaya "hə", Rusiyaya "yox" deyib - SORĞU

GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistanda apardığı sorğunun nəticələrinə görə, respondentlərin təxminən 55%-i Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı təsdiqlədiyi qanun layihəsinə müsbət yanaşır. Bu barədə tə.kilat məlumat verib.
 
Sorğu nəticələrinə əsasən 23% respondent Aİ-yə üzvlüklə bağlı qanun layihəsini müsbət, 31,9% isə daha çox müsbət qiymətləndirib.
 
12% respondentin mövqeyi daha çox mənfi, 19,3% isə  tamamilə mənfi olub. 13,8% respondent isə cavab verməkdə çətinlik çəkdiyini deyib. 

Sorğuya əsasən, respondentlərin 51% Ermənistanın yaxın 10 ildə Aİ-yə üzv olacağına inanır, 40% isə bunun mümkün olmayacağını düşünür.

Bundan əlavə, respondentlərin 27%-i hesab edir ki, Ermənistanın Aİ üzvlüyünə can atması və ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması ölkənin təhlükəsizlik səviyyəsini artıracaq.
 
24,2%-lik hissə isə bunun ölkə üçün yeni risklər yaradacağını düşünür.

Sorğu yanvarın  20-22-də 1100 nəfər arasında keçirilib.
 
N.Təbrizli










www.anews.az
Chosen
9
anews.az

1Sources