EN

Ukraynaya 12-ci hərbi yardım paketiAYRILACAQ

Yaxın vaxtlarda Kiyevə 12-ci hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edəcəyik.

Redaktor.az xəbər verir ki, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç ukraynalı həmkarı Denis Şmıqalla görüşdən sonra bildirib.

"Hökumətin sabah keçiriləcək iclasında Ukraynaya növbəti hərbi yardım paketi ilə bağlı qərar qəbul ediləcək, bu, bizim 12-ci paketimiz olacaq", - xorvatiyalı Baş nazir qeyd edib.

A.Plenkoviçin sözlərinə görə, Kiyev "Xorvatiya əsgərlərinin Ukraynada yerləşdirilməsini istəmir", yalnız "iqtisadi və hərbi dəstəyə ehtiyacı var".

O, sentyabrda Kiyevə səfəri zamanı bildirmişdi ki, Xorvatiyanın Ukraynaya ayırdığı yardımın ümumi dəyəri 300 milyon avroya çatıb.

Chosen
8
42
redaktor.az

10Sources