İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 30-da HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovların adlarını alıb.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail sabah (30 yanvar) HƏMAS-ın əsirliyindən azad edilməli olan girovların siyahısını alıb”, - bəyanatda deyilir.
Ofisdən əlavə edilib ki, ətraflı informasiya azad edilmiş girovların ailələrinə məlumat verildikdən sonra təqdim olunacaq.