EN

Suriyanın yeni hökuməti Rusiyadan Əsədi tələb edir

Suriyanın yeni hakimiyyəti Rusiyadan respublikanın keçmiş prezidenti Bəşər Əsədi onlara təhvil verməsini tələb edir.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bir gün əvvəl Rusiya nümayəndə heyəti ilə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa arasında görüş keçirilib. Jurnalistlərin sözlərinə görə, Suriya nümayəndəsi Əsədin ekstradisiyasını tələb edib. Suriya mediası Dəməşqin Moskvadan təzminat almaq istədiyini və həmçinin “keçmiş səhvləri nəzərə aldığını” yazıb.

Suriya hələ də Əsədlə bağlı Rusiyaya rəsmi ictimai tələb irəli sürməyib.

Chosen
22
50
unikal.az

10Sources