EN

"Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub - Rövzət Qasımov

Səsvermə başa çatıb. İlkin təəssürat budur ki, səsvermə seçkilərlə bağlı qanunvericiliyə uyğun keçirilib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ictimaiyyət fəallıqla prosesə qoşulub:

"Prosesin gedişi məqbul dəyərlədirilə bilər. İdeallıqdan danışmaq o qədər də səmimi olmaz. Səsvermə kifayət qədər şəffaf və ədalətli keçdi".

Rövzət Qasımov əlavə edib ki, hələlik heç bir rəsmi və qeyri rəsmi şikayət daxil olmayıb:

""Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub. Əsasən sorğu tipli müraciətlərdir. Məlumatları dəqiqləşdirib müraciət edənlərə məlumat vermişik".

"Müşahidəçilərin qənaəti kifayət qədər müsbətdir. Bundan məmnunuq. Ümid edirik ki, seçki prosesi başa çatanadək hadisələr bu minvalla davam edəcək", - sədr müavini qeyd edib.

Qeyd edək ki, bu gün saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
4
olaylar.az

10Sources