1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail hakimiyyəti BMT-nin Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Qüdsdəki bütün ofislərini yaxın 48 saat ərzində bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqəni kəsəcək və ölkə ərazisində fəaliyyətini qadağan edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib.
Menserin sözlərinə görə, UNRWA İsrailin milli təhlükəsizliyinə təhdid yaradır və agentliyin tərkibində HƏMAS-la əlaqəli şəxslər fəaliyyət göstərir.