EN

"Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq" - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) gələcək inkişafı üçün Transqazaxıstan dəmir yolu dəhlizinin inkişafının sürətləndirilməsinə çağırıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Qazaxıstan lideri bu bəyanatla bu gün hökumətin geniş iclasında çıxış edib.

Onun sözlərinə görə, tranzit potensialı Qazaxıstanın beynəlxalq rəqabətdə böyük üstünlüyüdür və bundan səmərəli istifadə edilməlidir.

"Transxəzər marşrutunun əsas həlqəsinə çevriləcək Transqazaxıstan dəmir yolu dəhlizinin inkişafını sürətləndirmək lazımdır. Bu istiqamətdə mühüm layihələrin bir qismi həyata keçirilir, lakin gələcək üçün daha çox işləmək lazımdır", - Qazaxıstan dövlət başçısı qeyd edib.

K.Tokayev, həmçinin vurğulayıb ki, dəmir yolu daşımalarının rəqəmsallaşdırılması layihələrinin vaxtında həyata keçirilməsinin vacibdir:

"Bütün nəqliyyat növləri ilə daşımaları inteqrasiya etməyə imkan verən multimodal nəqliyyat qovşaqlarının inkişafına diqqət yetirmək lazımdır. Cari və növbəti illər bu istiqamətdə işdə dönüş ili olmalıdır".

Chosen
7
1
avtosfer.az

2Sources