EN

Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? – İDDİA

Balakən sakini Ülkər Quliyeva iddia edir ki, millət vəkili Sabir Hacıyevin köməkçisi onun adına xəbəri olmadan 18 800 manat kredit götürüb.

Məsələ ilə bağlı müraciət olunsa da, deputat Sabir Hacıyev və onun köməkçisi Əli Qafarov telefon zənglərini cavabsız qoyub.

Vətəndaşın adına kredit götürülməsi ilə bağlı “Kapital Bank”dan bildirilib ki, məsələ ilə bağlı vətəndaşa məlumat verilib və o, hüquq-mühafizə orqanlarına yönləndirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Balakən şəhər sakini Ülkər Qurbanovanın üzləşdiyi kiberdələduzluqla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, müvafiq sorğular göndərilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Chosen
6
18
dogru.az

10Sources