Suriyanın yeni hakimiyyət orqanları ölkəni 60 ildən çox idarə edən "Baas" Partiyasının buraxıldığını elan edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın yeni hakimiyyət orqanları qərar qəbul edib. Məlumata görə, əvvəlki konstitusiyaya xitam verilib, bütün təhlükəsizlik xidmətlərinin və silahlı qrupların ləğv edildiyi açıqlanıb.
Həmçinin ölkə parlamentinin buraxıldığı elan edilib.
Əhməd əl-Şara keçid dövründə Suriya prezidenti vəzifəsini icra edəcək.