Bakı. Trend:
Sabah Bakının bəzi ərazilərində qaz təchizatıdayandırılacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz xəttindəaşkar olunmuş qaz sızmasının ləğv olunması,Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi iləəlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti sahəsinə düşən hissəsinintəhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədirayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəliyaşayış binasının təbii qazla təmin olunması məqsədilə30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatınındayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaranvə Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının,Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrəS.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaztəchizatında müvəqqəti fasilə yaranacaq.