EN

Türkiyəli nazir həmin yanğına görə istefa verib? - Video

Türkiyənin turizm naziri Mehmet Nuri Ersoyun Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək istefasını istədiyi deyilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, buna səbəb Kartalkaya xizək kurortundakı hoteldə baş verən böyük yanğın olub.

İddialara görə, Ersoy faciənin baş verdiyi gün - yanvarın 21-də keçirilən hökumətin iclasında prezidentə müraciət edərək onu vəzifəsindən azad etməsini xahiş edib. 

Ərdoğan isə məsələ ilə bağlı ona ünvanlanan suala cavab verməyib:

Xatırladaq ki, yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Hadisə ilə bağlı saxlanılanların sayı 28 nəfərə çatıb.

Chosen
13
1
qafqazinfo.az

2Sources