EN

Ata "TikTok" videosuna görə 14 yaşlı qızını öldürdü

Pakistanda kişi 14 yaşlı qızını "TikTok" sosial şəbəkəsində videolar yerləşdirdiyi üçün qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Express Tribune” məlumat yayıb.

Məlumata görə, ata polisə ifadəsində öncə qızının qətli ilə bağlı “naməlum şəxslər”dən şübhələndiyini bildirsə də, müstəntiqlər onun yalan danışdığını hiss ediblər.

Araşdırmalar zamanı 14 yaşlı qızın sosial şəbəkələrədə videolar yerləşdirdiyi üçün atası və əmisi tərəfindən öldürüldüyü məlum olub.


Müəllif: Arzu
Chosen
12
1
teleqraf.com

2Sources