Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidentliyinə namizəd, İordaniya Olimpiya Komitəsinin rəhbəri şahzadə Feysəl Əl-Hüseyn Rusiyaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyündən danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Inside the Games" saytı məlumat yayıb.
“Məni hərəkətə gətirən Olimpiya Xartiyasıdır. Rusiya Nizamnaməyə əməl edərsə, ona qarşı sanksiyalar tətbiq etmək üçün heç bir əsasım yoxdur”, - deyə o qeyd edib.
Əl-Hüseynin fikrincə, siyasi şəraitdən asılı olmayaraq, idmançılara bərabər şərait və imkan yaradılmalıdır.
Müəllif: Arzu