EN

"Qarabağ"ı ən zəif rəqib kimi qəbul etmirik" - Xose Mendilibar

style='margin-bottom:10px;'>

 "Qarabağ"ı məğlub etmək öhdəliyimiz yoxdur. Amma qalib gəlmək, bunu istəmək və məqsədimizə çatmaq üçün əlimizdən gələn hər şeyi etmək məcburidir".

QOL.az xəbər verir ki, bu sözləri "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Ağdam klubunun son pillələrdə olmasına baxmayaraq, zəif rəqb olmadığını bildirib: "Qarabağ"ı ən zəif rəqib kimi qəbul etmirik. Bəli, onlar bu mövsüm yaxşı nəticələr qazana bilməyib. Lakin bu, komandanın zəif olduğu mənasına gəlməməlidir. Hədəfimizə çatmaq üçün səhvsiz oynamalıyıq. "Qarabağ"a qalib gəlmək üçün səy göstərəcəyik. Bir çox məsələyə qarşı tədbirlər görməyi düşünürük. Qol vurmaq üçün mümkün olan bütün yollardan yararlanmaq istəyirik".

Təcrübəli mütəxəssis heyətdə dəyişiklik etmədiyini də qeyd edib: "Adətən, belə hallarda müəyyən dəyişikliklər olur. Start heyəti ilə bağlı yekun qərar oyunöncəsi sonuncu məşqdən sonra veriləcək. Hər halda, indiyə qədər hər şey qaydasında olub. Çox güman kı, hansısa dəyişikliyə ehtiyac olmayacaq".

Chosen
4
7
teleqraf.com

10Sources