EN

Təbii fəlakətlərdən 29 faiz insan qurtulacaq - İlin 29-cu gününə sözardı

Bu gün, 01:44

“Məgər göylərdə və yerdə olanların - Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?”
“Quran”, “Həcc” surəsi, 18
Elmi-lədun hesablamalarımız göstərir ki, bütün Günəş tutulmaları 29 ədədi altında baş verir.
Yəni, tutulmaların tarixini Hicri-qəməri təqviminə çevirsək, görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:

(Bax: aşağıdakı cədvələ)
WhatsApp Image 2025-01-29 at 23.32.31.jpeg (165 KB)
Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.
Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünki yerin insan yaşayan quru hissəsi 29%-dir.
Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim nisbəti 29-un 71-ə nisbətindədir.
Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29%-də yaşayan insanlar mafiya və güc strukturlarının qurduğu hörümçək torunda çabalamaqdadırlar.
Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə qiyamətin kodlaşdırılmış xəbərdarlığı kimi qəbul edilməlidir.

Yəni, qısa müddət ərzində insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını bildirir.
Sübut üçün bildirək ki, 29-cu surə 69 ayədən ibarətdir.

69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır.
Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi olaraq bir-biri ilə bağlıdır.
Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır.)
Qeyd edək ki, 29 ədədi həm də Yerin insan yaşayan (quru) hissəsinə işarədir.
29 x 69 = 2001
Gördüyümüz kimi, bu hikmətli ədədlərin hasilinin XXI əsrin başlanğıcını göstərməsi təsadüfi deyil.
Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır.
Elmi-lədun hesablamalarımıza görə, elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb.
Bu, özünü cəmiyyətin kamillik zirvəsinə çatmış insanlarının artıq görünməyə (tanınmağa) başlamasında və onların cəmiyyətə İlahi mesajlar ötürməsində göstərir.
Günəş tutulmaları və İlahi xəbərdarlıq
Günəş tutulmalarının 29 ədədi altında baş verməsi ilə Yaradan yolunu azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara və onları idarə edənlərə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birilərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər.
Əks halda, xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir…
Bu və digər hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerdə fəlakətlər (bəlalar) baş verir.

Bildiyim qədər, bu bəlalardan cəmi 29 faiz (əməlisaleh) insan qurtula biləcəkdir.
Bunu nəzərə alaraq, insanlar günahlardan çəkinməli, məmurlar zülmə son qoymalıdırlar.

Əks halda, tez bir zamanda zülmə rəvac verənlər ciddi cəzalanacaqlar…
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır.”

“Quran”, 19:84

Chosen
1
5
Reportyor.tv

6Sources