ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının yenidən təşkilinə başlayıb.
Parol.az xəbər verir ki, ABŞ lideri və onun milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals artıq bunun üçün Milli Təhlükəsizlik Şurasının (MTŞ) 160-a yaxın əməkdaşını müvəqqəti olaraq işdən çıxararaq, əsaslı şəkildə yenidən təşkil etməyə başlayıb.
Dövlət qulluqçusu olan bu peşəkarların kadr yoxlamasının nəticələrinə qədər distant işə keçiriləcəyi bildirilir.