EN

"DeepSeek"ə rəqiblərindən zərbə: məlumat oğurluğunda ittiham olundu

"Microsoft" və "OpenAI" Çinin "DeepSeek" süni intellekt plarformasını məlumatları oğurlamaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın “OpenAI” şirkəti Çinin “DeepSeek” süni intellekt startapının onun modellərindən süni intellekt təlimində istifadə etdiyini göstərən məlumatlara malikdir.

Bu barədə “ChatGPT” çat-botunun yaradıcısı “Financial Times” qəzetinə bildirib ki, şirkət daha böyük modellərin nəticələrindən istifadə edərək kiçik modellərin optimallaşdırılmasını mümkün edən prosesin (distillyasiya) baş tutduğunu aşkar edib. Distillyasiyanı “DeepSeek”in həyata keçirdiyi ehtimal edilir.

Chosen
12
38
publika.az

10Sources