Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşı İsrailin bölgədə həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, həlak olanların cəsədlərinin qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.
Bəyanatda vurğulanıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.
"Anadolu" agentliyinin məlumatına görə, həlak olanlar Sezer Özdemir, Hüseyn Kaya və Çınar Alp Baydenk adlı şəxslər olub.
AilÉ™lÉ™ri onların yanvarın 11-dÉ™ Livan sÉ™rhÉ™dindÉ™ yoxa çıxdıqlarını vÉ™ onlardan heç bir xÉ™bÉ™r almadıqlarını rÉ™smi orqanlara bildiriblÉ™r.Â
Nəşr onu da yazır ki, sözügedən üç Türkiyə vətəndaşı daha əvvəl də saxta adlar altında qeyri-qanuni yollarla İsrailə gediblər və 2-3 il bu ölkədə işlədikdən sonra deportasiya ediliblər.
Milli.AzÂ