EN

Vuçiç Serbiyada etirazçıların tələblərini yerinə yetirib

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç tələbələrin keçirdiyi etirazaksiyası zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərarqəbul edib.

Trend xəbər verir ki, ƏfvKomissiyasının bugünkü iclasında bununla bağlı qərar yekdillikləqəbul olunub. Əfv edilənlər arasında bir dekan, bir dosent, dördməktəb direktoru, bir direktor müavini və 6 tələbə var.

Həmin 13 nəfər yanvarın 27-də paytaxt Belqradda keçirilən etirazaksiyası zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.Aleksandar Vuçiç ötən gün ictimaiyyətə müraciətində saxlanılan 13nəfərin əfv edilməsindən başqa tələbələrin bütün tələbələrininyerinə yetirildiyini bildirmişdi.

Qeyd edək ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəkidəmiryolu vağzalında 15 nəfər öldüyü, 2 nəfərin ağır yaralandığıqəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonraSerbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərininbələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefaveriblər. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yenihökumətin formalaşdırılması barədə qərar qəbul olunacaq.

Chosen
3
2
az.trend.az

4Sources