EN

Mühafizəkar ailələr qadınları karyeraya yox, evdarlığa sövq edir

Yüksək vəzifələrdə təmsil olunanların əksəriyyəti kişilərdir. Həm dövlət qurumlarında, həm də özəl sektorda rəhbər vəzifələrə malik olanların böyük hissəsini kişilər olduğunu görə bilərik.

 

Qadınların rəhbər vəzifələrdə daha az olmasının səbəbləri arasında nələr var?

 

Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva AzEdu.az-aaçıqlamasında bildirib ki, Azərbaycan xanımları ailə dəyərlərini hər şeydən - o cümlədən, karyera yüksəlişindən üstün tuturlar:

 

"Azərbaycanda kifayət qədər yüksək vəzifələrdə çalışan savadlı, intellektual xanımlarımız var. Azərbaycanın birinci vitse-prezidenti postunda Mehriban xanım Əliyeva təmsil olunur. Ölkə parlamentinin hazırkı sədri də xanımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, müavini də qadındır. Bu qəbildən olan siyahını kifayət qədər uzatmaq mümkündür. Hətta general xanımlarımızın da adlarını çəkə bilərik. Düşünürəm ki, ölkənin ictimai, siyasi, mədəni həyatında kifayət qədər aktivlik nümayiş etdirən xanımlarımız var. Bir nüansı da unutmamalıyıq ki, qadın həm də anadır, həyat yoldaşıdır. Azərbaycan xanımları ailə dəyərlərini hər şeydən - o cümlədən, karyera yüksəlişindən üstün tuturlar. Ona görə də bu mühafizəkarlıq bir çox hallarda bəzi qadınlarımızı karyeraya yox evdarlığa sövq edir.

 

Tarix boyu Azərbaycan qadını yüksək vəzifələrdə olub. Tomris kimi hökümdarları, Sara xatun kimi diplomatları, Validə Tutayuq, Sona Vəlixan kimi alimləri, akademikləri göstərmək olar. Gələcəkdə tarix yazan xanımlarımızın sayı daha çox olacaq. Bu işdə qız atalarının da üzərinə böyük yük düşür. İlk növbədə qzlarımız ali təhsil almalıdırlar”,- deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Chosen
2
azedu.az

1Sources