EN

Atasının vəsiyyətindən danışıb kövrəldi — VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərindən danışarkən kövrəlib. 

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı "Günaydın, Azərbaycan" verilişində danışıb. 

O, atası Hidayət Baxşəliyevin xəstəliyindən danışıb:

"Ata, ana qədrini bilən onlara bağlıdır. Amma mənim atamla aramda böyük sevgi, bağ var. Bir-birimizi çox sevirik. İndi atam xəstədir, dualarım onunladır. Çox ağrıyır. Yaraşıqlı, baxımlı kişi olub. İndi arıqlayıb, efirə qoşmaq istədim. Dedi, məni yığma, tamaşaçıların yadında başqa cüt qalım. Toparlanacaq".

Aparıcı atasının vəsiyyətini açıqlayıb:

"Mənim işim ağır olduğu üçün yanımda belə sözlər demir. Ağır vəziyyətdə vəsiyyət edib. deyib, mən olmayanda Xoşqədəmə deyin. Qardaşımla bacım burada dəfn edilib. Düşünürük ki, kəndimiz təmir ediləndən sonra ora köçürək. Atam deyib ki, kənd hələ qurulmayıb, həm də ora-gedib gələ bilməyəcəksiniz. Məni burada qardaş, bacının yanında dəfn edin".

Chosen
2
4
demokrat.az

10Sources