EN

"ABŞ ilə İsrail arasında İranla bağlı gizli razılaşma var" - SENSASİYALI İDDİA

"Bu il içərisində beynəlxalq koalisiya tərəfindən İrana qarşı hərbi əməliyyatların başlama ehtimalı var". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, İsrail dövləti bu planı həyata keçirmək istəyir:

"İsrailin məqsədi İrana hərbi müdaxiləsi olunması, orada hakimiyyəti dəyişikliyinin baş verməsi və sonra ölkənin parçalanmasıdır. Rəsmi Tel-Əviv bu hədəflərinə nail olmaq üçün çalışmalar aparır. Lakin bu, o qədər də asan proses deyil. 

Çünki İran qarşı beynəlxalq koalisiyanın əməliyyata başlaması üçün İran tərəfindən ən azı İsrailə zərbə vurulmalıdır. Ondan sonra zamanında İraqa olduğu kimi İrana da beynəlxalq koalisiyanın hücum etmə ehtimalı reallaşa bilər". 

366872

Ekspert onu da diqqətə çatdırıb ki, yəni bunun üçün çox ciddi zəmin olmalıdır:

"İsrail hakimiyyəti də həmin zəmini formalaşdırmağa çalışır. İsrail ilk olaraq İranın proksi qüvvələrini sıradan çıxardı. Livanın cənubunda "Hizbullah"a, Qəzzada HƏMAS-a qarşı əməliyyatlar keçirildi. Hətta husilərə də zərbə vuruldu. İndi isə İsrail İranı onu vurması üçün təhrik etməyə çalışır. Bunun olacağı təqdirdə, İsrail beynəlxalq koalisiya toplayaraq İrana qarşı hərbi əməliyyata başlayacaq".

Turan Rzayev bu prosesdə ABŞ-nin də aktiv rol oynayacağından bəhs edib:

"ABŞ-nin İrana qarşı birbaşa zərbə endirəcəyi və ya hücuma başlayacağı inandırıcı deyil. Lakin İran İsrailə zərbə edirsə, bu addımları atacaq. Rəsmi Vaşinqton İsraili müdafiə etmək üçün İrana qarşı beynəlxalq koalisiya formalaşdıra bilər. Hətta bununla bağlı ABŞ ilə İsrail arasında qeyri-rəsmi razılığın da əldə olunduğunu düşünürəm".

Pərviz

Chosen
3
hit.az

1Sources