EN

Ağdaşda Faciə: Uşaq fısdıqdan boğulub öldü

Ağdaş rayonunda dəhşətli hadisə baş verib. Bakıya qonaq gedən ailə Ucara qayıdarkən avtomobildə azyaşlı uşaqlarından biri boğulub. Hadisəyə səbəb isə boğazında qalan fındıq olub.

News365.az xəbər verir ki, ailə Bakıda qohumlarını ziyarət etdikdən sonra Ucara qayıdırmış. Avtomobildə olan uşaq fındıq yeyərkən qəflətən boğulmağa başlayıb. Valideynlər dərhal ona kömək etməyə çalışsalar da, boğazına ilişən fındıq nəfəs yolunu tamamilə bağlayıb.

Ailə vəziyyətin ciddiləşdiyini anlayaraq maşını yol kənarında saxlayıb və uşağı qusdurmağa, boğazındakı fındığı çıxarmağa cəhd ediblər. Lakin bütün səylərə baxmayaraq, uşağın nəfəsi getdikcə zəifləyib. Valideynlər onu sürətlə yaxınlıqdakı tibb məntəqəsinə çatdırmağa çalışsalar da, artıq çox gec olub.

Uşağın babası hadisənin təffərrüatlarını danışıb:

“Yolda bir anda boğulmağa başlayıb, maşını saxlayıblar, hər şeyi ediblər, amma xilas edə bilməyiblər. Sürüb xəstəxanaya çatdırıblar, orada da əllərindən gələni ediblər, amma uşağı geri qaytara bilməyiblər.”

Babası bildirir ki, həkimlər uşağa krip diaqnozu qoyub, sistem köçürdülər, yəni müəyyən tibbi müdaxilələr etdiklərini deyiblər. Lakin bütün cəhdlər nəticəsiz qalıb.

Həkimlər kiçik yaşlı uşaqlara sərt və boğaza ilişə biləcək qidalar verərkən diqqətli olmağı tövsiyə edirlər. Bu kimi hallarda valideynlərin təcili yardım çağırması və ilk yardım tədbirlərini bilməsi həyati əhəmiyyət daşıyır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
2
5
news365.az

6Sources