EN

Özəl universitetlər dövlətlə necə rəqabət apara bilər?

Bir çox dövlət və özəl ali təhsil müəssisələrinin təhsil səviyyəsi eyni olsa da, hələ də ixtisas seçimlərində dövlət universitetləri ilk sıraya, özəllər isə lap axırlara yazılır.Bəs görəsən, statistikalar bu barədə nə deyir? Ən çox hansı ixtisas qrupu üzrə özəl universitetlərə qəbul olunur? Bu barədə TehsilForumu.Az AzEdu.az-a istinadən xəbər verir. 2023-cü ilin statistikasına, əsasən, I-IV ixtisas qrupları üzrə özəl universitetlərə ən az qəbul planı IV ixtisas qrupunda olub. Belə ki, IV ixtisas qrupunda 3617 nəfər dövlət, 480 özəl universitetlərə qəbul olub.Ümumi qruplar üzrə bölgüyə nəzər salsaq, görərik ki, I ixtisas qrupu üzrə 16860 abituriyent dövlət, 1330 nəfər isə özəl ali təhsil müəssisəsinə;II qrup üzrə 9465 nəfər dövlət, 3680 namizəd isə özəl universitetlərə;III ixtisas qrupunda 12308 nəfər dövlət, 3579 abituriyent isə özəl təhsil müəssisəsinə qəbul olunub.2023-cü ildə sənəd verən abituriyentlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 7.37%, subbakalavrlar arasında isə cəmi 12.23% olub.2000-ci illərin əvvəlində bu göstərici 0.67% olub. İyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır. Hazırda özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir.  Bəs özəl universitetlər dövlət universitetləri ilə necə rəqabət apara bilər?Rəqabət aparmaq üçün 3 əsas faktora önəm vermək mütləqdir:Özəl universitetlər dövlətlə rəqabət aparmaq üçün bazarda az və ya ehtiyac duyulan ixtisaslarda təhsil proqramları təklif edərək digərlərindən fərqlənə bilərlər. Günün tələblərinə cavab verən ixtisaslarda kadr yetişdirmək, ənənəvi metodları, daha qabaqcıl yanaşmalarla əvəz etmək, peşəkar müəllimləri, lazım olarsa, xarici real iş təcrübəsi olan pedaqoqları təhsil prosesinə cəlb etmək özəl ali təhsil müəssisələrinin təhsil səviyyəsinə və ona olan tələbə tələbatına müsbət təsir göstərəcək.Abituriyentləri cəlb etməyin digər yolu isə hərkəsə uyğun təhsil haqqı müəyyənləşdirmək və onlar üçün həvəsləndirici tədbirlər keçirməkdir:Təhsil haqqının əlçatan olması, tələbələr üçün xüsusi və adlı təqaüdlərin ayrılması tələbələri daha da həvəsləndirə, abitriyentləri isə universitetə cəlb edə bilər. Universitetlərin beynəlxalq əlaqələrinin geniş olması xüsusi bacarığı ilə seçilən tələbələrə xarici universitetlərdə müəyyən müddət ərzində biliklərini dərinləşdirməyə imkan yarada bilər. Özəl universitetlər məzunlarının işlə təmin olunma faizlərini artıraraq, rəqabət mühitində çıxış edə bilərlər.Nəzərə alsaq ki, təhsil almaqda əsas məqsədlərdən biri yaxşı karyera və iş imkanları əldə etməkdir. Məzunların işə qəbul faizinin universitetin rəsmi saytında paylaşılması və hər kəsin istədikdə o statistikaya nəzər yetirməsi ixtisas seçimi zamanı abituriyentlərdə universitetə qarşı müsbət mənada fikir formalaşdıra bilər.Bu 3 əsas amilə köklənən özəl ali təhsil müəssisələri nəinki kafidən yuxarı biliyi olmayan tələbələri cəlb edəcək, əksinə yüksək ortalaması ilə seçilən abituriyentlərin həmin universitetə maraq göstərmələrinə yardımçı olacaq. 

Chosen
6
15
tehsilforumu.az

10Sources